Narkotik istifadəçisi olan ana-ata və az yaşlı qızları ölümdən son anda xilas ola bilib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Ohio əyalətində inşaatda usta işləyən 43 yaşlı Eric Asher sevgilisi ilə maşın dayanacağında bir kişinin və qadının yatdığını görüb. O, geriyə dönəndə daha qorxunc mənzərə ilə qarşılaşıb. Maşının içərsində bir körpə uşaq var idi. Hava da cəhənnəm istiliyini xatırladırdı.
Dəhşətli hadisənin əsas səbəbi bir neçə saat sonra bəlli olub. Qadın və kişinin narkotik komasına girdiyi bəlli olub. Azyaşlı uşaq 31 dərəcə isti olan maşının içindən son anda xilas edilib. Cütlük körpəni maşından çıxararaq ona dərhal su veriblər.
Körpənin ana və atası isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

7News.Az