RU
Ata həbsdəki oğluna narkotik ötürməyə cəhd edib - FOTO
19:30
211

Ata həbsdəki oğluna narkotik ötürməyə cəhd edib - FOTO

Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxanaya narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən 7NEWS.Az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Cavid Nizami oğlu Səfərova atası Bakı şəhər sakini Nizami Ağalar oğlu Səfərov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,060 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ