RU
Ata ilə övladlarını qanına qəltan elədi
18:30
1260

Ata ilə övladlarını qanına qəltan elədi

Ötәn gün axşam saatlarında Xudatda bıçaqlanma faktı qeydә alınıb. 

Bir ailәnin üç üzvü bıçaqlanıb. Onlar 1958-ci il tәvәllüdlü Mәmmәdrәsulov Azad Emil oğlu, onun oğlu, 1985-ci tәvәllüdlü Tәrlan Mәmmәdrәsulov vә qızı, 1991-ci il tәvәllüdlü Yeganә Mәmmәdrәsulovdur. Xәsarәt alan şәxslәr Xaçmaz Mәrkәzi Rayon Xәstәxanasına yerlәşdirilib, vәziyyәtlәri kafidir.
 
Xaçmaz Rayon Polis Şöbәsindәn APA-ya verilәn mәlumata görә, hadisәni törәtmәkdә şübhәli bilinәn şәxs saxlanılıb. Onun Y. Mәmmәdrәsulovanın hәyat yoldaşı olduğu bildirilir.
 
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbәsindә araşdırmalar davam etdirilir./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ