Türkiyənin Bursa şəhərində 16 yaşlı gənc qız idarə etdiyi motosikl ilə lüks avtomobilə çırpılıb.
7News.Az Türkiyə mediasına istinadən bildirir ki, qız qəzadan burnu belə qanamadan xilas olub. Lakin qəza xəbərini eşidən ata qızını döyərək xəstəxanalıq edib.
Gənc qız xəstəxanaya aparılıb, ata isə polis tərəfindən saxlanılıb.

7News.Az








