RU
Ata oğluna görə işdən çıxdı:
17:37
1936

Ata oğluna görə işdən çıxdı:

Çində artıq pressanın “ən yaxşı ata” adlandırdığı şəxs öz oğluna vəd etdiyi sözün üstündə durmaq üçün işdən çıxıb.

7news.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çzyansu əyalətinin tərsanələrindən birində çalışan qaynaqçı, evinin arxa tərəfində “Transformerlər” filmindən olan avtobot düzəldib.

Çin KİV-nin məlumatına görə, o, "avtobotu" təbii ölçüdə düzəldə bilib.

Hündürlüyü 5 metr və eni 3 metr olan sarı heykəl ən məşhur transformer “Bamblbi”-nin tam surətidir.

Qeyd edək ki, Van soyadlı atanın sözlərinə görə o 140 000 yuan xərcləyərək, köhnə avtomobil hissələrindən “avtobotu” düzəltməyə müvəffəq olub. Gələcəkdə isə “Transformerlər” filmindən “Optimus Praymın” modelini düzəltməyi fikirləşir.

//

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ