Biləsuvarda ata oğlunu güllələyib.
7News.Az DİN-ə istinadən bildirir ki, iyulun 16-da Biləsuvar rayonunda yaşayan Qərib Xanhüseynovevində ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu Xəqaniyə ayaq nahiyələrindən xəsarət yetirib.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Xanhüseynov saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi "İJ-58" markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
7News.az








