RU
“Ata, şəhid olub gələcəm, mənimlə fəxr edəcəksən” – Şəhid Elmin Əlizadə
19:03
163

“Ata, şəhid olub gələcəm, mənimlə fəxr edəcəksən” – Şəhid Elmin Əlizadə

"Elminlə sonuncu danışığımız dünən olub. O gülə-gülə vəziyyətin yaxşı olduğunu deyirdi”.
Bu sözləri Yeniavaz.com-a açıqlamasında ötən gün Kəlbəcər istiqamətində erməni terroru nəticəsində şəhid olan Əlizadə Elminin atası Samir Əlizadə deyib:
"Onunla komandirinin telefonu ilə əlaqə saxladıq. Bir neçə dəqiqə danışdıq. Sağollaşanda dedim ki, səni xidmətdən ayırmayım. Sonuncu sözünü gülə-gülə deyib telefonu söndürdü. Dedi ki, "Ata, mən şəhid olub gələcəm, mənimlə fəxr edəcəksən”. O bunu deyənddən sonra cavab verməyə söz tapmadım. Dünəndən onun sözləri qulağımda səslənir. Bu gün səhər isə şəhid olması xəbərini aldım”.
Şəhidin əmisi Seymur Əliyev isə yeniavaz.com-a verdiyi açıqlamada bildirib ki, Elmin görmədiyi kəndini ziyarət etmək arzusu ilə yaşayırdı:
"Elmin 8 ayın əsgəri idi. Hərbi xidmətini işğaldan azad edilən ərazilərdə keçirəcəyi xəbərinə çox sevinib arzum reallaşır demişdi. Xidmətinin ilk aylarında isə Laçında olub. Təxminən bir həftə əvvəl zəng edib dedi ki, "haqqınızı halal edin, biz Kəlbəcərə gedirik”. Elə bil ürəyinə dammışdı ki, şəhid olacaq. Elmin həmçinin deyirdi ki, "mən kəndimizi görməyi çox istəyirəm. Ola bilər ki, qismət olmaz. Amma, Qarabağı görmüşəm, mənə bu da yetər”. Bu gün səhər saatlarında zəng edib, onun şəhid olduğunu dedilər. Hələ də inanmırıq”.
Возможно, это изображение (2 человека и на открытом воздухе)

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ