RU
Ata və məşuqəsi 5 yaşlı uşağa işgəncə verdi
13:40
645

Ata və məşuqəsi 5 yaşlı uşağa işgəncə verdi

5 yaşlı uşaq inanılmaz işgəncələrə məruz qalıb.

Türkiyədə ata İbrahim K. və sevgilisi Xədicə T. uşağın üzərinə qaynar su tökdükləri, dişlərini qırdıqları və üzərində siqaret söndürdükləri iddiasıyla həbs olunublar və barələrində cinayət işi açılıb. Azyaşlı qız isə uşaq evinə yerləşdirilib. 

Müttəhim İbrahim K. məhkəmədə çıxışı zamanı həyat yoldaşının evi tərk etməsi üzərinə, qızı S.S.K.-nın özündə qaldığını bildirərək "Bir gün işdən evə gələndə, qızımın üzündə qançırlar gördüm. Tualetdə yıxıldığını deyib. Bir neçə gün sonra dişlərinin töküldüyünün fərqinə vardım, amma yaşı etibarilə tökülə biləcəyini düşündüm. Bir neçə gün sonra Xədicə mənə zəng etdi və qızımın üstünə çay töküldüyünü, xırda yanıqlar olduğunu dedi. Bunun üzərinə qızımı həkimə aparmaq istədim. Ancaq özünün həkim qorxusu olduğu üçün getmək istəmədi. Mən qızıma kəmərlə vurmamışam, zərbə endirməmişəm. Mən işlədiyim üçün uşağımla kifayət qədər məşğul olmamış ola bilərəm, ancaq işgəncə verməmişəm. Xədicənin uşağımı bunları etmiş olduğunu bilsəydim, heç yanımda saxlamazdım. Mən uşağımdan 33 gündür ayrıyam. Onun üçün çox darıxmışam. Bir an əvvəl görmək istəyirəm", - deyib./goldnews

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ