RU
Ata övladını körpüdən atdı
23:25
919

Ata övladını körpüdən atdı

Türkiyədə Seyfi Erten adlı şəxs həyat yoldaşının doğum əsnasında iflic qaldığına görə, iki günlük övladını körpüdən atıb.


Yoldaşının iflic qalmasına görə depressiyaya qapılan S.Erten, həyat yoldaşını evə apardıqdan sonra xəstəxanaya geri dönüb.

Uşaq otağında olan körpəsini qaçıran ata, maşını ilə Beşiktaş Planga prospektinə gələrək, balaca körpəsini körpüdən aşağıya atıb.

Təxminən 15 metrdən Boğaziçi Körpüsü yoluna düşən körpə həyatını itirib. Atanın isə hadisə yerində ürəyi gedib.

Yolda uşaq cəsədi görən vətəndaşlar polisə xəbər verib. İki qız atası olan və son doğulan qızını körpüdən atdıqdan sonra sinir krizi keçirənS.Erten polis nəzarərti altına alınır.
Qeyd edək ki, onun xəstəxanada müalicəsi davam edir./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ