RU
Atadan icazəsiz ərə verilən 14 yaşlı qız hamilədir - İDDİA
15:04
354

Atadan icazəsiz ərə verilən 14 yaşlı qız hamilədir - İDDİA

14 yaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır.

Bunu Oxu.Az-a açıqlamasında qızın atası Mirtəmən Sadıqov deyib.

O bildirib ki, məsələ barədə bu gün Xəzər Rayon Polis İdarəsinə çağırılıb:

"Mən bir ata kimi öz şikayətimi etdim. Keçmiş həyat yoldaşım və qızımdan izahat alındı. Məsələ barədə araşdırma aparılacaq”.

14 yaşlı qızın atası iddia edib ki, qızı iki aylıq hamilədir:

"Tanışlarımızdan mənə dedilər ki, qızım artıq iki aylıq hamilədir. Anası və qızı boynuna almadı. Ekspertizanın nəticəsi bilinən zaman mənə məlumat veriləcək”.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ