Xaricdə kimlərinsə sifarişinə sığınan şəxslər özlərini qəhrəman sayırlar. Sosial şəbəkədə kimlərisə təhqir etmək bunlar üçün qəhrəmnlıq kişilik sayılır. Atam balası qəhrəmanlıq ər meydanında olur. Elə hünərlisi çıxın ortaya mərdi-mərdana sözünüzü deyin. Yoxsa xaricdə oturub facebook və ya youtube vasitəsilə video yaymaqla özünüzü cəsur sanmayın.
Bu günlərdə, Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sözügedən məsələyə toxunaraq haqlı olaraq qeyd edib ki, biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. Siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərimizə uyğun şəkildə aparmalıyıq.
Fatimə Hacıbəyli
7News.Az








