RU
Atambayev Türkiyədə həkim nəzarətindədir
15:25
386

Atambayev Türkiyədə həkim nəzarətindədir

Qırğızıstan prezidenti Almazbek Atambayev Türkiyənin İzmir əyalətinin Çeşmə rayonunda həkim nəzarəti altında saxlanılır.


7News.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Atambayev ötən gün axşam saatlarında İstanbul Atatürk hava limanında öncə özünü pis hiss edib. 

Sinəsindəki ağrılardan şikayətlənən prezidentə ilk tibbi yardım göstərən həkimlər onun hərtərəfli müayinədən keçməsini tövsiyə ediblər. O, gecə saatlarında təyyarə ilə İzmirin Adnan Menderes Hava Limanına, oradan isə Çeşmədəki otellərdən birinə gedib.

Türkiyəli həkimlər ürəyində ağrılar olan Almazbek Atambayevin sentyabrın sonuna qədər Türkiyədə həkim nəzarətində qalmasını tövsiyyə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ