Mingəçevirdə iki azyaşlı uşaq evdən qaçıb
Mingəçevir şəhərində 15 və 16 yaşlarında bacı ilə qardaş - Hacıyev Elgün və Hacıyeva Gülgəz ataları ilə aralarında yaranmış münaqişə üzündən evdən qaçıblar. Hadisəyə səbəb isə atanın uşaqlara mobil telefonla çox oynamalarını irad tutması olub. Bu iraddan qəzəblənən bacı və qardaş plan hazırlayaraq şəxsiyyət vəsiqələrini və bir miqdar pul oğurlayaraq gecə saat 4:00-4:30 radələrində evdən qaçıblar.
Onların Bakıya gəldikləri ehtimal olunur. Həmin saatlarda Mingəçevirdən Bakı istiqamətinə hərəkət edən avtobus olduğu bildirilir.
Hadisə ilə bağlı olaraq uşaqların valideynləri ilə yanaşı Mingəçevir polisi də axtarışları davam etdirir./olke.az
7news.az








