RU
Atası Azərbaycanda ölən qadın intihar etdi:
21:45
503

Atası Azərbaycanda ölən qadın intihar etdi: "Ruhu məni çağırdı..."

Rusiyanın Kuznetsk şəhərində Qənirə Əliyeva ad-soyadlı azərbaycanlı gənc qadın damdan yıxılaraq ölüb. Bədbəxt hadisə oktyabr ayının 1-də Penza vilayətində 24 yaşlı qadının yaşadığı binada baş verib.

O, Rusiyaya bir neçə il öncə gedib. Orada ailə qurub və həyat yoldaşı, onun valideynləri və uşaqları ilə birgə yaşayıb. O qədər də ünsiyyətcil olmayan Q. Əliyeva həm də özünə qapanmış olub və rus dilində pis danışıb. "Bir müddət öncə həmin qadının Azərbaycanda yaşayan atası dünyasını dəyişib. Bu da mərhuma pis təsir edib. O, son vaxtlar hər gecə yuxuda atasının gələrək onu çağırdığını, öz yanına aparmaq istədiyini söyləyirdi", - deyə qonşu İrina bildirir ki, ölümün bir səbəbi də bu ola bilər.

Digər qonşu Svetlana isə bildirir ki, həmin gün qadın damdan yıxılıb. Qalxıb bir neçə addım atsa da, sonra yenə yıxılıb.

Qeyd edək ki, Q. Əliyevanın iki uşağı – 4 yaşlı qızı və 2 yaşlı oğlu qalıb. Oktyabrın 3-də mərhumun meyiti dəfn olunmaq üçün doğulduğu Azərbaycana gətirilib.

Hazırda ölümün dəqiq səbəbləri araşdırılır./virtual.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ