Əməkdar artist Sevinc Sarıyeva bu gün MTV telekanalında ilk efirinə çıxan Tarix Əliyevin (Tolik) "Tarixin bir günü" verilişinin qonağı olub.
Tanınmış xanəndə I Qarabağ müharibəsi zamanı Ağdamdan qaçqın düşdükləri zamanı atasının ermənilər tərəfindən əsir götürülməsindən danışıb.
Sənətçi əsir alındıqdan sonra dünyasını dəyişən atası ilə bağlı bunları deyib:
"Atamın o ağır günlərində mənim 18 yaşım var idi. Atam ilyarım erməni əsirliyində oldu. O dövrü yaşamaq çox çətin idi və bu gün də o haqda danışanda yenidən o anları yaşayıram. O küləkli havada, o sərt oktyabr ayında həmin hadisələri yaşamağı heç kimə arzu etmirəm. Bu günümüzə çox şükürlər olsun"./milli
7News.Az










