Bakıda 81 yaşlı kişi qızından polisə şikayət edib.
Hadisə Binəqədi rayonunda baş verib.
A.Məmmədov küçəsində yaşayan, 1934-cü il təvəllüdlü Əli Nağıyev bildirib ki, onunla birgə yaşayan qızı, 1970-ci il təvəllüdlü Natəvan onun pensiya kartını oğurlayıb.
Ə.Nağıyev qeyd edib ki, qızı onun Kapital Banka məxsus təqaüd kartını oğurlayaraq hesabından 425 manat pul çıxarıb.
Araşdırma aparılır./milli
7news.az








