7News.az xəbər verir ki, hadisə Qaxın Nizami parkı ərazisində baş verib. Mübahisə zəminində Qax sakini, 28 yaşlı Nüsrət Hilal oğlu Əliyev bıçaqlanıb.
Nüsrət Əliyevə döş qəfəsinin sol hissəsinin kəsilmiş-deşilən, lakin daxilə nüfuz etməyən bıçaq yarası dioqnozu qoyulub. Onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır. Hadisəni Rüfət adlı şəxsin törətdiyi bildirilir. O, keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.








