Atasını yatdığı yerdə qətlə yetirən azyaşlı qızın cəzası bəlli olub.
Hadisə Kayserinin Melikqazi rayonunda baş verib. 42 yaşlı Cuma Ali Ceylan ilə həyat yoldaşı Emel Ceylan evdə naməlum səbəbdən mübahisə edib. Cütlük mübahisədən sonra ayrı otaqlarda yatarkən, 15 yaşlı qızları C.C. O, gecə yuxudan oyanaraq mətbəxdən götürdüyü bıçaqla atasının qaldığı otağa daxil olub.
Azyaşlı qız yatmış vəziyyətdə olan atasına 9 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Hadisədən sonra qızın anası polisə məlumat verib.
Saxlanılan C.C polisə ifadəsində "Anamla atamın uzun müddətdir araları yaxşı deyildi. Atam anamı aldadırdı. Boşanma mərhələsində idilər" deyib.
İfadəsinin davamında saxlanılan azyaşlı atasından heç vaxt sevgi görmədiyini bildirib:
"Atamdan heç vaxt sevgi görməmişəm. Sosial şəbəkədə etdiyim paylaşımı görüb səhv başa düşdü buna görə aramızda mübahisə oldu. Mənimlə və anamla etdiyi mübahisələ görə bir-iki ay əvvəl bazardan 2 ədəd bıçaq alıb gizlətdim. Hadisə baş verən günü anamla mübahisə edib gedəndən sonra atamın yatdığı otağa getdim. Eşitməsini istədiyim bir neçə söz dedim gördüm oyanmadı. Bir az gözlədim, sonra otağa keçib bir müddət ailəmi düşündüm, sonra atamı öldürmək qərarına gəldim. Yenidən otağa qayıdıb yatmış vəziyyətdə onu bıçaqlamağa başladım. Anam səsi eşidin otağa gəldi. Həkimlər və polislər gələndə artıq atam ölmüşdü".
Məhkəmə prosesi zamanı C.C.-yə 24 il həbs cəzası istənilib. Daha sonra qızın azyaşlı olması nəzərə alınaraq cəzası 12 ilə endirilib.
Məhkəmənin son qərarı ilə C.C 10 il müddətinə azadlıqdan məhrum olunub./olke

7NEWS.Az








