RU
Atasının etirazına baxmayaraq, sevgilisi ilə hələ də görüşür - FOTOLAR
20:45
459

Atasının etirazına baxmayaraq, sevgilisi ilə hələ də görüşür - FOTOLAR

Müğənni Britni Spirs yeni sevgilisi, model Sem Asgari ilə restoranlardan birindən çıxarkən kameralara tuş gəlib.

Restorandan çıxan Semin Britninin çantasını daşıması müzakirə obyektinə çevrilib. Qərb mediası onların münasibətinin o qədər də ciddi olmamasından yazıb.

Cütlük daha sonra Asgarinin maşınına minərək evə gediblər.

Xatırladaq ki, bir müddət əvvəl müğənninin atası Ceymi qızının İran əsilli model Sem ilə münasibətlərinə qarşı çıxmışdı.

O, 23 yaşlı modelin 35 yaşlı qızından istifadə etdiyini düşünür. Spirsin ailəsinə yaxın mənbə bildirib ki, ata artıq ifaçıya bu barədə etirazını bildirib. Lakin Britni atasının dedikləri ilə razılaşmayıb və Semə aşiq olduğu söyləyib.

Xatırladaq ki, Britni Asgari ilə "Slumber party" klipinin çəkilişləri zamanı tanış olub. S.Asgarinin müsəlman olduğu iddia edilir.//milli.az



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ