RU
Atasının qızı: İvanka Tramp elə bir səhvə yol verdi ki... - Foto
16:10
615

Atasının qızı: İvanka Tramp elə bir səhvə yol verdi ki... - Foto

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın qızı İvanka Tramp Böyük Britaniyanın yeni baş naziri seçilən Boris Consonu təbrik edərkən maraqlı səhvə yol verib.

7News.Az xarici mətbauta istinadən bildirir ki, o, "Twitter"də etdiyi təbrikdə "United Kingdom" əvəzinə "United Kingston" yazıb.

Buna görə lağ hədəfinə çevrilən İvankanı atasına oxşadanlar da az olmayıb. Belə ki, Tramp da bu ilin aprel ayında "Twitter"də etdiyi açıqlamada "Prince of Wales" (Uels şahzadəsi) yerinə "Prince of Whales" (Balinalar Şəhzadəsi) yazıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ