RU
Atatürk aeroportundakı terrora görə Azərbaycan vətəndaşı saxlanıldı
11:18
899

Atatürk aeroportundakı terrora görə Azərbaycan vətəndaşı saxlanıldı

İstanbul Atatürk Hava Limanında törədilən terror aktı ilə bağlı bir Azərbaycan vətəndaşı saxlanılıb.

7news.Az “Kavkazskiy uzel” portalına istinadən xəbər verir ki, iyunun 30-da səhər saatlarında İstanbulun müxtəlif rayonlarında antiterror polisi terror hücumunda əli olduğu təxmin edilən şübhəlilərin yaxalanması üçün əməliyyat keçirib. “Pendikdə, Qayaşehirdə və Aksarayda reydlər keçirilib. Saxlanılanlar arasında 3 dağıstanlı, 1 Çeçenistan sakini və 1 Azərbaycan vətəndaşı var”, - mənbə bildirib.
Hələ ki saxlanılan Azərbaycan vətəndaşının təqsiri təsdiq edilmədiyinə görə onun şəsiyyəti barədə məlumat verilmir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ