31 mart-Azərbaycanlıların soyqırım günü bütün təhsil müəssisələri kimi Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyində də qeyd edilib.
7News.az-ın xəbərinə görə, liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən liseyin Azərbaycan dili müəllimi İlhamə Məmmədova ermənilərin 1918-ci ilin martında azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımdan danışıb. Bu soyqırımın insanlıq əleyhinə bir cinayət olduğunu deyən İlhamə Məmmədova həmin günlərdə daşnakların qoca, cavan, yaşlı, xəstə bilmədən, heç kimə rəhm etmədən minlərlə insanı amansızcasına, vəhşicəsinə qətlə yetirdiklərini söyləyib. O, bildirib ki, törətdikləri cinayət əməllərinə görə, illərlə cəzasız qalan ermənilər XX əsrin 90-cı illərində Xocalıda anoloji qırğınlar həyata keçiriblər. İlhamə Məmmədova çıxışının sonunda qeyd edib ki, Azərbaycan xalqı soyqırım qurbanlarının xatirəsini hər zaman böyük ehtiramla yad edir və bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparılır. Çıxışlardan sonra liseyin şagirdlərinin hazırladığı kompozisiya dinlənilib.//Newscenter.az
7News.az








