... Açıq hava idi. Gözlərim ağ rəngli güllərə baxırdı. Bir günəşli səhər onunla telefonda danışdıq. İlk tanışlıqdan sonra, onlara qonaq getməyimiz üçün icazə aldım.
Onun səs tonu qulaqlarımdadır. 95 yaşı olmasına baxmayaraq səsi çox həlim idi. Elə bir səski, insanı rahatsız etməz. Türk vətəndaşı ilə evlilik edən, övlad sahibi ola bilməyən, sarışın, qısa, yumşaq saçlı xanım bu yaşda belə sənət üçün çalışırdı. Onun üçün çalışmaq hər şeydən qiymətli idi. Bu səbəbdən də, çalışmağı özünə həyat fəlsəfəsi seçmişdi. Bu fəlsəfəni sevərək, həyatını zövqlə davam etdirir. Adi ev olsa da, yaşadığı mənzil muzeyə bənzəyirdi. İşıqlı, geniş mənzil, müxtəlif illərdə çəkilən tablolara bəzədilmişdi. Daha maraqlı fakt ondan ibarət idi ki, müsahibimizin yaşının çox olmasına baxmayaraq divarda sərgilənən hər bir tablo haqqında tarix qoxulu hekayə danışırdı. Əziz oxucum bu xanım Türkiyənin ilk prezidenti, dövlət xadimi Mustafa Kamal Atatürkü yaxından, lap yaxından görmüş Azərbaycan qadınıdır. Əslində bu tanışlığın özü də, böyük xoşbəxtçilikdir! Uşaqlıq illərini keyflə, gülərək, sevinclə xatırlayan xanım ötən illərdə Azərbaycanın və Türkiyənin bir çox aydın, məğrur şəxsiyyətləri ilə yaxından tanış olub. Hətta Atatürk üçün öz balaca, sehirli əlləri ilə ağ “beretka” ilə şarf toxuyub. Bu hədiyyələri isə şəxsən özü hədiyyə edib... Bir bazar günü saat 15:00 da XX-əsrn böyük ədibi, rəssam, həkim, tərcüməçi, müəllim, jurnalist, Atatürkün yaxın dostlarından olan Əli Bəy Hüseynzadənin qızı ilə görüşdük. Görüşümüz yağışlı havada baş tutdu. Feyzavər Alpsarın İstanbuldakı evində edilən şirin söhbət öz əks-sədasında daim yaşayacaq. Bir rejissor üçün bu günün ən incə kadrları göz qarşısında idi. Bizə şəkilləri çəkməkdə köməklik edən dostumuz Uğur Ayangil Feyzavər Alpsarın şarf toxuyan əllərindən öpür!...
7news.az








