Kolumbiya prezidenti Xuan Manuel Santos cümə günü üsyançı "Milli Azadliq Ordusu”-u (ELN) ilə atəşkəs rejiminə dair fərman imzalayıb.
7news.Az xəbər verir ki, bu barədə "RİA Novosti” agentliyi məlumat yayıb.
Məlumata əsasən, tərəflər sentyabrın əvvəlində Ekvadorda keçirilən danışıqlar zamanı atəşkəs rejiminə dair razılığa gəliblər. Razılığa əsasən atəşkəs rejimi oktyabrın 1-dən yanvarın 1-dək qüvvədə qalacaq.
Qeyd edək ki, "Milli Azadlıq Ordusu” 1964-cü ildən etibarən hökumətlə silahlı mübarizə aparır və "Kolumbiya inqilabi silahlı qüvvələri”ndən (FARC) sonra ölkənin sayca ən iri üsyançı qruplaşması sayılır. Tərəflər arasında danışıqlar fevral ayında aparılır.
7news.Az








