RU
ATƏT: Donbasda ağır silahlar işə düşüb
21:52
380

ATƏT: Donbasda ağır silahlar işə düşüb

Donbasda münaqişə tərəfləri bir-birlərinə qarşı ağır silahlardan istifadə edirlər.

7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik Ukrayna üzrə Təmas qrupunun iclasından sonra bəyan edib.

"Təmas xəttində vəziyyət gərgin olaraq qalır, atəşkəsin müntəzəm pozulması halları qeydə alınır", - deyə M.Saydik bildirib.

Onun sözlərinə görə, tərəflərin bir-birlərinə qarşı ağır silahlardan istifadə etməsi ölüm halları ilə nəticələnir. "Halbuki, ağır silahlar təmas xəttində olmamalıdır", ATƏT rəsmisi vurğulayıb.

Martin Saydik bildirib ki,  noyabrın 29-da "Normand dördlüyü" XİN rəhbərlərinin görüşü gözlənilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ