RU
ATƏT-in Azərbaycandakı seçkilərə müşahidəçi göndərməməsi kəskin şəkildə pislənir
23:25
753

ATƏT-in Azərbaycandakı seçkilərə müşahidəçi göndərməməsi kəskin şəkildə pislənir

"Azərbaycan əleyhinə fəaliyyət göstərən beynəlxalq bir şəbəkə var və onlar bu seçkilərdə də yenidən fəallaşıblar". Bunu Secki-2015.az saytına açıqlamasında ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

Onun sözlərinə görə, erməni lobbisi və ermənilər tərəfindən dəstəklənən bu şəbəkə Cənubi Qafqaz regionunda bir sıra geosiyası maraqlar güdür: "Azərbaycan xalqı həmin şəbəkənin qərəzli fəaliyyətini ilk Avropa Oyunlarında, Avroviziya müsabiqəsində müşahidə edib: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidədən imtina etməsinin arxasında da həmin şəbəkənin imzası var. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu məhdud sayda da olsun müşahidəçi missiyası göndərmək niyyətində idi. Lakin Nyu-Yorkda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl Linklə ATƏT PA-nın baş katibi Oliver Spenser arasında baş tutan görüş zamanı qərəzli şəkildə missiyanın göndərilməməsi qərara alınıb. Amerikalı Oliver Spenser Azərbaycanla bağlı məsələdə ənənəvi olaraq yenə də mənfi rol oynayıb.

A.Quliyev söyləyib ki, ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməməsi tərəfimizdən kəskin şəkildə pislənir: "Bu barədə fikrimi həm Büro üzvlərinə, həm də yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq yeni Baş Katibə bildirmişəm. Bu ATƏT Parlament Assambleyasının qəbul etdiyi ən yanlış qərardır. Əminəm ki, bu qərar təşkilatla Azərbaycan arasında əməkdaşlığa çox ciddi təsir edəcək".

"ATƏT seçkilərə gəlsə də, gəlməsə də seçkinin nəticələrinə heç bir təsiri olmayacaq. Ona görə ki, seçkini seçicilər keçirir, namizədlərə Azərbaycan xalqı səs verəcək. Seçkilərdə xarici ölkələrin və beynəlxalq qurumların 500-dən artıq müşahidəçisinin iştirakı gözlənir. Düşünürəm ki, bu qərar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycana qarşı tətbiq etdiyi çox qərəzli mövqedir. Onu da anlayırıq ki, belə bir qərarın qəbul olunması bəlli dairələrin sifarişi ilə icra olunan məsələdir. Təəssüf ki, bu gün qurumun rəhbəri müstəqil qərar qəbul etmir, o, hansı qərarın necə qəbul olunması haqqında verilən təlimata əməl edir. Bu da bizdə təəssüf hissi doğurur, bundan da uduzan Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun özü olacaq"- deyə, Şura sədri deyib.

ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini bir daha bəyan etdi ki, bu, sifarişli qərardır. Bütün hallarda belə bir mövqenin Azərbaycana qarşı sərgilənməsi ən azından haqsızlıq və ədalətsizlikdir./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ