RU
ATƏT-in sammitinin keçiriləcəyi bina yandırıldı
17:29
644

ATƏT-in sammitinin keçiriləcəyi bina yandırıldı

Almaniyanın Hamburq şəhərində iki həftə sonra ATƏT-in sammitinin keçirilməsi nəzərdə tutulan binada sərgi salonu yandırılıb. 

7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə dünən axşam baş verib.
 
Onlarla insan binanın girişlərinin birində yanğın törədib, o cümlədən yaxınlıqdakı zibil qablarını yandırıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın binaya ciddi ziyan vurub.  
 
Yanğının ATƏT-in sammiti ilə əlaqəli olub-olmadığı rəsmən açıqlanmayıb. Polis olayla bağlı araşdırma aparır.
 
Qeyd edək ki, Hamburqda ATƏT-in sammiti 8-9 dekabr tarixlərində keçiriləcək. 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ