RU
ATƏT ölkələrinin XİN rəhbərləri sentyabrda Almaniyada görüşəcəklər
21:15
656

ATƏT ölkələrinin XİN rəhbərləri sentyabrda Almaniyada görüşəcəklər

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində görüşəcəklər.

7news.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Görüş ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin dəvəti əsasında baş tutacaq.

Qeyri-rəsmi görüşdə ATƏT zonasında ümumi çağırışlar və ATƏT-ə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək. Əsas diqqət böhran və münaqişələrin, o cümlədən Ukrayna böhranının həlli, terrorizmə qarşı mübarizə, silahlanmaya nəzarət məsələlərində təşkilatın fəaliyyəti kimi məsələlərə yönələcək.

Görüş dekabrın əvvəlində Hamburqda keçiriləcək Almaniyanın ATƏT-ə sədrliyinin yekunu ilə bağlı ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq xarakteri daşıyır.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ