RU
ATƏT PA Baş Katibi Azay Quliyevə təşəkkür etdi
18:14
451

ATƏT PA Baş Katibi Azay Quliyevə təşəkkür etdi

ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 16-cı qış sessiyası bu  gün işinə başlayıb.
ATƏT PA-nın rəsmi saytı ilə ilk olaraq Daimi Komitənin iclası  canlı yayımlanıb. Daimi Komitənin iclasında ATƏT PA baş katibi Roberto  Montella Özbəkistanın bu qurumun işinə cəlb olunmasında Azərbaycanın və  ATƏT PA-nın vitse-prezidenti Azay Qulieyvin rolunu xüsusi qeyd edib və  təşəkkürünü çatdırıb. ATƏT PA-nın vitse prezidenti Azay Quliyev öz növbəsində  Özbəkistanın sessiyanın işinə qatılmasını alqışladığını deyib və bu ölkənin ATƏT-  in mühüm üzvü olduğunu bildirib.
Vitse-prezident çıxışında ATƏT PA-nın Baş  Katibinin fəaliyətini müsbət qiymətləndirib. Seçki Müşahidə missiyası haqda  danışan Azay Quliyev beynəlxalq katibliyə seçki üzrə ixtisaslaşmış hüquqşünasın  cəlb olunmasını təklif edib. Onun sözlərinə görə, belə bir mütəxəssisin olması  ATƏT PA-nın seçki müşahidə missiyasının işinə müsbət təsir göstərəcək. Qeyd  edək ki, ATƏT PA-nın qış sessiya işini plenar iclasda təşkil olunan "Böhran  dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debatla davam  etdirəcək. Sabah ATƏT PA rəhbərlərinin məruzələri dinləniləcək, Daimi  Komitənin iclasında isə ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər  məsələsi müzakirə olunacaq.
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ