RU
ATƏT PA-dan Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik - Bahar Muradova
12:56
465

ATƏT PA-dan Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik - Bahar Muradova

"Azərbaycanla ATƏT-in uzun illərə söykənən münasibətləri var. Biz bu münasibətlərin ardıcıl və dinamik şəkildə inkişaf etməsində maraqlıyıq”.

Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O qeyd edib ki, Azərbaycan ATƏTdəyərlərinə böyük önəm verən ölkələrdəndir: "Təbii ki, biz ATƏT-dən, onun Parlament Assambleyasından bir təşkilat olaraq ATƏT-in mandatına daxil olan məsələlərin həllində iştirakı ilə yanaşı üzləşdiyimiz əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı addımlar gözləyirik. Təsadüfi deyil ki, ATƏT PA-nın hər sessiyasında bu məsələ müzakirə predmeti olur. Nümayəndə heyəti artıq məhdud sayda Makedoniyadakı sessiyada iştirak etmək üçün yola düşüb, orada bu məsələ müzakirə mövzusu olacaq”.

Vitse-spiker bildirib ki, aprel hadisələrindən sonra danışıqlarda müəyyən irəliləyişin olacağına inam qısa müddətdə formalaşsa da, ötən dövrdə Ermənistanın qeyri-konstruktiv mövqeyi iştirakçıların diqqətinə çatdırılacaq və Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi üçün parlamentarilərə müraciət ediləcək./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ