RU
ATƏT PA-nın növbəti sessiyalarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq
15:10
494

ATƏT PA-nın növbəti sessiyalarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq

ATƏT Parlament Assambleyasının (PA) növbəti sessiyalarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparılacaq.

7news.Az Trend-ə istinadən bildirir ki, bunu ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonen deyib.

O qeyd edib: "Bildiyiniz kimi, ATƏT PA-da təmsil olunan parlamentarilər iclaslarda öz ölkələrinə aid məsələləri müzakirəyə çıxarırlar. Bu baxımdan əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin növbəti sessiyalarda müzakirəyə çıxarılmasını gözləyirik".

K.Muttonen bildirib ki, ATƏT PA bütün məsələlərin, xüsusən də ATƏT regionunda mövcud olan münaqişələrin həlli yolları üçün bir platformadır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ