RU
ATƏT PA-nın xüsusi nümayəndəsi Cənubi Qafqaza səfəri ilə bağlı hesabat təqdim edəcək
17:20
510

ATƏT PA-nın xüsusi nümayəndəsi Cənubi Qafqaza səfəri ilə bağlı hesabat təqdim edəcək

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninregiona səfəri ilə bağlı oktyabrın 4-də ATƏT PA Daimi Şurasına hesabat təqdim edəcək.

7news.Az-ın APA-ya istinadən xəbərinə görə, hesabatda müəllifin regionda fəaliyyəti ilə bağlı konkret təkliflər yer alacaq.

Qeyd edək ki, sentyabrın 24-dən regiona səfəri başlayan K. Vigeninin Azərbaycan səfəri başa çatıb. O, Bakıdan Gürcüstana, sonra isə Ermənistana gedəcək. Səfər sentyabrın 30-da başa çatacaq.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ