RU
ATGTİ-dən mühüm kadr dəyişikliyi
17:04
3938

ATGTİ-dən mühüm kadr dəyişikliyi

Beləki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) yeni dərs ilinin başlaması münasibətilə aparılan hazırlıqlar artıq yekunlaşmışdır.

Məlum təşkilat heyətə yeni əməkdaşlar cəlb etməklə yanaşı, təşkilat daxilində müəyyən yerdəyişmələr də edib. Tələbə İttifaqına cəlb olunan fəal gənclərdən biri də Şəmsi Gülverdidir.

Bakı 2015 ilk Avropa Oyunlarının Açılış və Bağlanış mərasimlərinin təşkilində çalışmış Şəmsi Gülverdi İttifaqa İcraçı Direktor təyin olunub. Avropa Oyunlarının Mərasimlər Komandasında Könüllülər üzrə Koordinator, eyni zamanda Təhsil Nazirliyi və təhsil müəssisələri üzrə məsul şəxs kimi çalışan Şəmsi Gülverdi bu işə qədər ATGTİ-nin İcraçı Direktoru vəzifəsində çalışmışdır. O, “ATGTİ bu il də yeni nəfəslə, yeni layihələrlə tələbə - gənclərimizi sevindirəcəkdir.” deyə bildirib.

Bundan əlavə, təşkilat daxilində fəaliyyət göstərən İcra aparatına daxil olan qurumlar da yenidən qurulmuşdur.

Xatırladaq ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı artıq 6 ildir ki fəaliyyət göstərir, eyni zamanda bir çox yerli və belnəlxalq layihələrə imza atmışdir. Avropa Tələbələr Birliyinin tamhüquqlu üzvü olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Cənubi Qafqazın ən böyük Tələbə təşkilatıdır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ