7NEWS.az xəbər verir ki, Qərbi Afrikada, Seneqalın qərbində yerləşən ada ölkəsi Kabo Verde sahillərində qeyri-qanuni mühacirləri daşıyan qayıq aşıb. Seneqal Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, əksəriyyəti Seneqallı olan qeyri-qanuni mühacirləri daşıyan gəminin Kabo Verde sahillərində batdığı açıqlanıb. Açıqlamada qayığın 101 nəfərlə Dakardan təxminən 150 kilometr uzaqlıqdakı Fass Boye sahillərindən çıxdığı və 38 nəfərin xilas edildiyi bildirilib.
7NEWS.az








