RU
Atletimizdən gümüş medal - Bakı-2017
18:12
695

Atletimizdən gümüş medal - Bakı-2017

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışları keçirilir.

7News.az xəbər verir ki, atletimiz Rahib Məmmədov kişilər arasında 110 metr məsafəyə maneələrlə qaçış üzrə yarışın finalında gümüş medal qazanıb - 14,18 saniyə.

Qızıl medal Səudiyyə Ərəbistanı idmançısı Ahmed Almuvallad, bürünc medal isə İraq təmsilçisi Mohammed Sad Al-Xfaci yiyələnib.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ