Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Olimpiya Komitəsinin (İOC) cəzasına məruz qalıb.
7News.az-ın xəbərinə görə, səbəb Kostovanın London-2012 Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testin təkrar analizinin müsbət nəticə verməsidir.
London Olimpiadasında 5-ci yeri tutan idmançımızın nəticəsi ləğv edilib. Buna görə də Kostova ona verilən diplomu geri qaytarmalıdır.








