7NEWS.az xəbər verir ki, "Atmosfer çayı” adlanan hava dalğası ABŞ-ın qərbində yerləşən Kaliforniya ştatına təsir etməkdə davam edir. Ştatda baş verən şiddətli tufanlar, daşqınlar və sürüşmələr həyata mənfi təsir göstərir.
Kaliforniya Fövqəladə Hallar İdarəsi tərəfindən edilən açıqlamada, fırtınanın yaratdığı qəzalarda həyatını itirənlərin sayının 9-a yüksəldiyi bildirilib.
Bildirilib ki, ölənlərdən 4-ü ağac aşması, 3-ü yol-nəqliyyat hadisəsi, 1-i nəqliyyat vasitəsinin kanala sürüklənməsi, 1-i çayı keçmək istəyərkən baş verib.
Los-Anceles bələdiyyə rəsmiləri ölkənin ikinci ən çox əhalisi olan şəhərində 475 sürüşmənin baş verdiyini və təxminən 400 ağacın yıxıldığını bildirib.
7NEWS.az








