RU
ATV-yə ismarıc: Bu səndə var idi, niyə yaymırdın?
12:24
5838

ATV-yə ismarıc: Bu səndə var idi, niyə yaymırdın?

Jurnalist Xoşqədəm Hidayətqızının ATV-də çalışdığı zaman hazırladığı bir material iki gündür mətbuatın və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib.

Əlbəttə, müzakirə olunan təkcə video deyil, həm də bu videonu Meydan TV-yə (?) kimin tərəfindən ötürülməsidir. 

Videonun X.Hidayətqızının ATV-də işlədiyi dövrlərdə çəkildiyini nəzərə alsaq, qətiyyətlə deyə bilərik ki, sözügedən kadrların da elə məhz Meydan TV-yə "ötürülməsində” ATV-inin xüsusi xidmətləri var. 

Burda digər maraqlı məqam isə TV arxivlərinin hamının üzünə açıq olmamasıdır. X.Hidayətqızının ATV-dən dava-dalaşla ayrılmasını da bura əlavə etsək, deyə bilərik ki, onun layihələrinin arxiv materialları da xüsusi nəzarətdə olub. Yəni ATV rəhbərliyinin icazəsi olmadan həmin materialların "işıq üzü” görməsi mümkün deyil. 

Əlbəttə, ehtimallar çox deyil... Amma çox olmayan bu ehtimalı da bir kənara qoyub bəzi jurnalistlərin sözügedən videonun niyə məhz indi yayılmasına münasibətlərini (ixtisarla) təqdim edək:   


Etibar Hüseynov, telejurnalist:


- Tanyanlar yaxşı bilir ki, Vüqar Qaradağlı nəinki tanımadığı, əksər hallarda tanıdığı telefon nömrələrinə belə cavab vermir. İndi onun Meydan TV-nin telefonuna cavab verməsi və "mən bu barədə danışmaq istəmirəm" deməsi açıq-aşkar artistlikdən başqa bir şey deyil. Bəlkə adam 2007-ci ildə hansı siyasi riyakarlığına göre Lider TV-den qovulmasından da danışa...

P.S Xəyanət və xəyanətkarlar bağışlanmamalı. Bir kərə etdisə yenə də edəcək.


Aydın Canıyev, jurnalist:


- Daldan atılan daş heç topuğa da dəyməz! Səhər saat 5-dən fb-də eşələnirəm. Xoşqədəm Hidayətqızı hədəfdi. Məhz hədəf! Və ona qarşı yayılan video namərdliyin, nakişiliyin ta kəndisi! Adama deyərlər ki, dümbələk, bu səndə var idi, niyə yaymırdın? İndi nə oldu? Alverçi təfəkkürü, şantajist xisləti!


Səbuhi Abbasov, jurnalist:


- Bibaırçılıqdı vallah. Deməli ATV kanalının arxivindən Xoşqədəm xanımın verilişi ilə bağlı hansısa sloy video Meydan TV-yə göndərilir. Yəni ölkə rəhbərliyini, ölkənin strateji maraqlarını hər zaman tənqid, bəzi hallarda təhqir edən və ermənipərəst təşkilatlar tərəfindən maliyyələşən layihə ilə ATV əməkdaşlıq edir. Mənim nə xanımla, nə də ATV ilə heç bir halda ədavətim və ya hər hansı münasibətim yoxdu... Amma...


İlhamiyyə Rza, telejurnalist:


- Xoşqədəm bəyəm təkdir? Bəs o biriləri? Gəlin, tendensiyanı pisləyək. Bu, Xoşqədəmin icadı və orijinal məhsulu deyil. Odur ki, fərdləri deyil, yayım siyasətinə bu cür iyrənc duyğu istismarını daxil edən, bunu məqbul sayan televiziya sahiblərindən danışaq. Bu, onların sifarişiylə həyata keçirilir: "Bizə reytinq (oxu: pul) lazımdır. Vəssalam. Efirdə nə edirsən, et, reytinq olsun”, dəyərləri ilə yaşayan TV rəhbərləri üçün bu hal çox normaldır. Bu cür videoları, kompromatları isə istənilən eyni tipli verilişlərin "sıroy” materiallarında çətinlik çəkmədən tapmaq olar.


Azər Nəzərov, jurnalist:


- Məlum videoda ortaya çıxan detallar haqqında fikir bildirmək istəmirəm, bu başqa mövzudur. Amma videonun yayılmasına səbəb nə ola bilər?! 1. Xoşqədəmin reklamlarını "vurmaq”. 2. Xoşqədəmin verilişini "vurmaq”. 3. Ümumiyyətlə, Xoşqədəmi "vurmaq”.


Məhəmmədəli Qəribli, jurnalist:


- Xoşqədəm Baxşəliyeva ilə bağlı yayılan videoda mənim diqqətimi bir məqam cəlb etdi. ATV-də olan, lakin efirə getməyən videokadrların Meydan TV-nin əlinə necə düşməsi? Çünki başqa tərəflərində qeyri-adi nə isə görümürəm. Güya telekanallarda hazırlanan başqa verilişlərdə hər şey ideal səviyyədə deyil ki, Xoşqədmlə bağlı yayılanlar bizi dərindən təəccübləndirsin.

Oxşar hadisə Avropa Oyunları zamanı baş vermişdi. Atletlər Kəndində əcnəbi gimnastların Ziya Məmmədovun avtobusları ilə vurulması anını həmin vaxt Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə məhsul olan və nəqliyyat nazirinin ən yaxın adamı sayılan Elnur Baimov yaymışdı. Buna görə də tayfalıqca başları arğıdı. Düşünürəm ki, ATV-dən Meydan TV-yə videonu ötürəni də eyni aqibət gözləyir. Xoşqədəmə heç nə olan deyil!/azadinforum

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ