Mingəçevir Dövlət Universitetində Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) start veildiyi “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” adlı layihəsi müzakirə edilib.
Mingəçevir Dövlət Universitetində professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə universitetin prorektoru, dosent Rövşən Əliyev açıb. Rövşən Əliyev petisiyanın əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə iştirak edən AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli qeyd edib ki, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub. Bəxtiyar Məmmədli vurğulayıb ki, layihənin fəaliyyət göstərdiyi bir həftə ərzində 100 min nəfərdən artıq insanın ona səs verməsi, petisiyanın bu qədər geniş əks-səda doğurması bir daha göstərdi ki, xalqımız ölkəmizin gələcəyinə görə məsuliyyət daşıdıqlarını aydın başa düşürlər. Bəxtiyar Məmmədli 100 min səsin son hədd olmadığını vurğuladı, səslərin miqdarını qat-qat artırmağın gərəkliyini söyləyərək, hər bir kəsi səsvermə prosesində fəal olmağa çağırdı. Bəxtiyar Məmmədli tədbir iştirakçılarına səsvermə qaydaları ilə tanış etdi və verilən sualları cavablandırdı.
Sonda prorektor Rövşən Əliyev professor-müəllim və tələbə heyətini səsvermədə layiqincə iştirak etməyə çağırdı. AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədliyə universitetin rəhbərliyi adından təşəkkür etdi.
7news.Az










