RU
Aviaqəzada ölənlərdən kimliyi bilinən ilk şəxs dəfn edildi
00:25
274

Aviaqəzada ölənlərdən kimliyi bilinən ilk şəxs dəfn edildi

Rusiyanın Kogalymavia şirkətinə məxsus təyyarədə ölənlər arasında kimliyi müəyyən edilmiş ilk şəxsin dəfn mərasimi başlayıb.

7news.az BBC-yə istinadən xəbər verir ki, mərhum Nina Luşşenkonun cənazəsi vidalaşma mərasimi üçün Velikiy Novqorod şəhərinin müqəddəs Boris və Qleb Kilsəsinə gətirilib.

Misirdə qəzaya uğrayan təyyarədə 15 Novqorod sakinin olduğu məlumdur.

Bundan əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində Sinay yarımadasındakı aviaqəzada ölən sərnişinlərdən 9 nəfərin cəsədi yaxınları tərəfindən tanınıb.

Tanınma üzrə tədbirlər davam edir.

Kogalymavia şirkətinə məxsus Airbus A321 təyyarəsi oktyabrın 31-də Şarm əl-Şeyxdən Sankt-Peterburqa yollanarkən Sinay yarımadası üzərində qəzaya uğrayıb.

Göyərtədə olan 224 adam həlak olub.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ