Bu gün “Avro-2016”nın A qrupunda daha bir oyun keçirilib.
7News.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi İsvəçrə ilə qarşılaşıb.
Lans şəhərində keçirilən matçın taleyini bir qol həll edib. Fabian Şyorun 5-ci dəqiqədə vurduğu qol isveçrəlilərə qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, İsveçrədən fərqli olaraq Albaniya millisi Avropa çempionatında debüt edib.
11 iyun
A qrupu
17:00. Albaniya - İsveçrə - 0:1
Qol: Fabian Şyor, 5 (0:1)
Qırmızı vərəqə: Lorik Sana, 36 (Albaniya)
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes
Əlavə köməkçi hakimlər: Xesus Gil Manzano, Karlos Del Serro Qrande (hamısı İspaniya)
| N | Komandalar | O | Q | H | M | T-F | X |
| 1 | Fransa | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
| 2 | İsveçrə | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 3 | Rumıniya | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
| 4 | Albaniya | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |








