RU
11:00
1384

"Avro-2016"-da bu günün qarşılaşmaları

"Avro-2016"nın qrup mərhələsində II turun oyunları davam edir.

7News.Az-ın məlumatına görə, tur çərçivəsində bu gün daha 3 oyun keçiriləcək. 

Günün ilk qarşılaşması B qrupunda İngiltərə və Uels komandaları arasında keçiriləcək. Britaniya derbisi 17:00-da başlayacaq. 

Növbəti oyun isə C qrupunda Ukrayna və Şimali İrlandiya milliləri arasında baş tutacaq. Qarşılaşmanın strat fiti 20:00-da çalınacaq. 

Günün son matçı isə saat 23:00-da Almaniya və Polşa milli komandaları arasında keçiriləcək. 

Avropa çempionatı
Qrup mərhələsi, II tur
16 iyun


B qrupu

17:00 İngiltərə - Uels 
Baş hakim: Feliks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp 
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits 
Lans. "Bollar Delelis" stadionu

C qrupu 

20:00 Ukrayna - Şimali İrlandiya 
Baş hakim: Pavel Kralovets
Yan xətt hakimlər: Roman Slışko (Slovakiya), Tomaş Mokruş 
Əlavə köməkçi hakimlər: Petr Ardelyanu, Mixal Patak (hamısı Çexiya)
Lion, "Lyumler" stadionu

23:00 Almaniya – Polşa
Baş hakim: Byörn Kuypers 
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra 
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya)
Sen-Deni. "Stad de Frans" 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ