RU
“Avro-2016”: Fransa çətin qələbə qazandı
09:54
1826

“Avro-2016”: Fransa çətin qələbə qazandı

Turnirdə ilk qolun müəllifi Olivye Jiru olub.

Fransa yığması Avropa çempionatının açılış matçında Rumıniya millisi üzərində qələbə qazanıb.

7News.Az xəbər verir ki, görüş 2:1 hesabı ilə yekunlaşıb.

Avro-2016-da ilk qolun müəllifi Fransa və “Arsenal”ın hücumçusu Olivye Jiru olub. O 58-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb.

Rumıniyalılar 65-ci dəqidədə oyunda tarazlığı bərpa ediblər. Bogdan Stanku 11 metrlik zərbəni dəqiq yerinə yetirib.

Fransanın qələbə qolunu 89-cu dəqiqədə Dmitri Payet vurub. “Vest Hem”in yarımmüdafiəçisi cərimə meydançasından kənardan güclü zərbə ilə uzaq “doqquzluğu” dəqiq nişan alıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ