Bu gün, oktyabrın 20-də futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları keçiriləcək.
7News.Az xəbər verir ki, son ölkə çempionu "Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Yunanıstanın PAOK komandasını qəbul edəcək.
Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Digər təmsilçimiz "Qəbələ” isə səfərdə Fransanın "Sent-Etyen” klubuna qonaq olacaq.
"Joffrua Qişar” stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 23:05-də səslənəcək.








