RU
Avropa Bankı ilə əməkdaşlıq Azərbaycanın maraqlarına uyğundur
14:53
1395

Avropa Bankı ilə əməkdaşlıq Azərbaycanın maraqlarına uyğundur

“Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində investisiyalar cəlb edə biləcək”.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi maraqlarına uyğundur. 

Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bankın prezidenti Sir Suma Çakrabartinin Bakıya səfərinin gözləntiləri barəsində şərh verəkən deyib. 

“Ümumiyyətlə, son dövrlər neftin dünya bazar qiymətinin aşağı düşməsindən sonra, Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə, eyni zamandan bank ilə əməkdaşlığının genişləndirilməsi müşahidə edilir. 

Azərbaycan çalışır ki, həm beynəlxalq maliyyə qurumları ilə onların resurslarının cəlb edilməsi baxımından əməkdaşlıq etsin, həm də müxtəlif proqramların hazırlanması, işlənməsində beynəlxalq maliyyə qurumlarının tövsiyələrinə və ekspertiziasiyasından istifadə edə bilsin. 

Güman edirəm ki, bu görüş, təbii ki, Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının genişlənməsi fonunda qiymətləndirmək olar. Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan hökuməti ilə, eləcə də ekspertləri ilə görüşü ondan xəbər verir ki, Azərbaycan üçün bank əsas tərəfdaşlardan biridir”.

Onun sözlərinə görə, bank ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycana imkan verəcək ki, Cənub Qaz Dəhlizi çərçivəsində investisiyalar cəlb edə bilsin:

“Burda əsasən qarşılıqlı əməkdaşlığı qeyd etmək lazımdır, çünki bankın Azərbaycan üçün əhəmiyyəti genişdir. Azərbaycan bu yaxınlardan bankdan 1 milyard dollarlıq kreditin alınması ilə bağlı razılıq əldə etdi. Bu isə kifayət qədər böyük bir məbləğdir.

Eyni zamanda, bank yalnız ixrac struktur layihələrinin deyil, kiçik və orta sahibkarlığı maliyyələşdirən qurumlardan biridir. Kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı kifayət qədər maliyyə dəstəkləri var.

Bank ilə münasibətlərin qurulması Azərbaycan üçün Cənub Qaz Dəhlizinin reallaşması baxımından vəsaitin cəlb edilməsi baxımından əhəmiyyətlidir. Bank ilə əməkdaşlıq Azərbaycana imkan verəcək ki, Cənub Qaz Dəhlizi çərçivəsində investisiyalar cəlb edə bilsin. Bank ilə əməkdaşlıq həm də ölkədə kiçik və orta sahibkarlığın vəsaitin cəlb edilməsi baxımından vacibdir”.

İqtisadçı qeyd edib ki, bankın fəaliyyət göstərdiyi ölkələrdə yalnız kiçik və orta sahibkarlara güzətli kreditlər ilə yanaşı, qrantlar belə təklif edir.

Onun sözlərinə görə, bu isə bankın kiçik və orta sahibkarlar üçün kifayət qədər aşağı faizli kredit xətti var ki, Azərbaycan sahibkarlarının da bu kredit xəttlərindən faydalanmasına imkan yaradılması olduqca vacibdir. 

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Sir Suma Çakrabartinin Azərbaycana rəsmi səfəri başlayıb. İki günlük səfər çərçivəsində onun bir sıra nazirlik və dövlət qurumları, eləcə də ekspertlər, jurnalistlər ilə görüşlər keçirəcəyi gözlənilir./oxu.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ