Bu ölkədə "quş qripi” tüğyan edir. Avropa Birliyi Xerson vilayətindən quş əti ixracına qadağa qoyub.
Qadağaya səbəb Xerson vilayətinin Novaya Aleksandrovka kəndində "quş qripi”nin yayılmasıdır.
Belə ki, Krımla 20 kilometr sərhəddə yerləşən kənddə H5 virusu yayılmaqdadır. Bu səbəbdən həmin ərazidə karantin elan olunub. Ona görə də, kənddə 4,5 min quş saxlanılıb.
Qeyd edək ki, ilk dəfə Ukraynada "quş qripi” 2008-ci ildə qeydə alınıb./olke.az
7news.Az








