RU
Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzatdı
16:30
352

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzatdı

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay müddətinə uzadıb. 

7news.Az xəbər verir ki, bununla bağlı məlumat Avropa Birliyinin rəsmi jurnalında yayımlanıb. 

Qərar iyulun 9-dan qüvvəyə minib. 

Sənəddə bildirilir ki, iyulun 5-də Avropa Şurası Rusiya iqtisadiyyatının spesifik sektorunun yönəlmiş sanksiyaların müddətini 2019-cu il yanvarın 31-dək uzadıb. 

Avropa Birliyi Ukraynadakı vəziyyətə görə martda 150 şəxsə və 38 təşkilata qarşı sanksiyaların müddətini sentyabrın 15-dək artırıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ