Filippin prezidenti Rodriqo Duterte bu dəfə Avropa Birliyini sərt dillə tənqid edib.
7News.az xəbər verir ki, Avropa İttifaqının Filippində narkotiklə mübarizə adı altında insanların hüquqlarının pozulduğunu göstərən qətnaməyə görə Dutertenin qəzəbinə tuş gəlib.
"Avropa Birliyinin tənqidedici qətnaməsini oxudum. Onlara deyirəm: cəhənnəm olun. Təkrar edirəm - cəhənnəm olun".
Bu sözlərdən sonra o, vətəndaşların alqış sədaları altında orta barmağını göstərib./modern.az
7News.az








