RU
Avropa Birliyinin komissarı Azərbaycana gəlir
20:11
518

Avropa Birliyinin komissarı Azərbaycana gəlir

Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə 16-19 yanvar tarixlərində İsveçrənin Davos Beynəlxalq İqtisadi Forumun işində iştirak etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və vitse-prezidenti Elşad Nəsirov təmsil olunub.

7news.Az daxil olan məlumata görə, SOCAR prezidenti R.Abdullayev və vitse-prezidenti E.Nəsirov "Əl-Dabbağ” şirkətlər qrupunun icraçı direktoru, Səudiyyə Ərəbistan Krallığının sabiq Kənd təsərrüfatı naziri Əmr Abdulla Əl Dabbağla, ABŞ-ın APCO şirkətinin icraçı direktoru xanım Margeri Krausla görüşmüş, əməkdaşlıq və investisiya imkanları haqqında müzakirələr aparıblar.

SOCAR rəhbərliyi ilə Avropa Birliyinin yeni təyin olunmuş Büdcə və insan resursları üzrə komissarı Günter Ötinger və onun ofisin rəhbəri Mixael Hager arasında keçirilmiş görüşdə müzakirələr Cənub Qaz Dəhlizinin Avropa maliyyə qurumları tərəfindən maliyyələşdirilməsi, layihənin həyata keçirilməsi ilə bağlı aktual məsələlər və s. mövzular ətrafında aparılmışdır. G. Ötinger 2017-ci ilin sentyabr ayında Azərbaycana səfər edəcəyini bildirib.

SOCAR-ın prezidenti R. Abdullayev Davos səfəri çərçivəsində Goldman Sachs International şirkətinin rəhbəri Riçard Con Qnoddenin dəvəti ilə işgüzar axşam yeməyində də iştirak etmiş, buraya dəvət olunmuş enerji və maliyyə şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ