RU
Avropa Birliyinin yeni şərtlər irəli sürməsi Ankarada narazılıqla qarşılanıb
11:30
338

Avropa Birliyinin yeni şərtlər irəli sürməsi Ankarada narazılıqla qarşılanıb

Türkiyənin Avropa Birliyinə üzvlük məsələsində qurumun yeni şərtlər irəli sürməsi Ankarada ciddi narazılıqla qarşılanıb.

7news.Az -ın məlumatına görə, Xarici İşlər Nazirliyi qurumu ikili siyasət yürütməkdə ittiham edib. Bəyanatda qeyd olunur ki, Avropa Birliyinin ümumi məsələlər üzrə Şurasının iyunun 26-da Türkiyə ilə bağlı qərarı qurumun ikiüzlü siyasət yürütməsinin göstəricisidir.
"Ankara Türkiyənin Avropa Birliyinə inteqrasiya prosesinin hansısa yeni şərtlərlə qəlizləşdirilməsi cəhdlərini qəbul etməyəcək. Bu kimi qərarlar Türkiyənin Avropa Birliyinə üzvlük məsələsində namizəd-ölkə statusuna təsir göstərə bilməz” – deyə, sənəddə bildirilir.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ